Qəzza zolağının şimalında mövcudluğunu davam etdirən İsrail ordusuna məxsus avtomobillərin bəzi nöqtələrdən geri çəkildiyi bildirilib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Qəzza zolağında humanitar atəşkəslə bağlı bəyanatların artdığı bir vaxtda İsrail ordusu bəzi nöqtələrdən geri çəkilib.
Şahidlər bildiriblər ki, İsrail ordusu son iki gündə Qəzza şəhərinin Sabra bölgəsinin qərbindən və Zeytun rayonunun qərb hissəsindən 3 kilometrdən çox geri çəkilərək Şifa xəstəxanasına çatıb.
Şahidlər həmçinin bildiriblər ki, İsrail ordusu Qəzza şəhərinin cənub-qərbindəki Tel əl-Heva və Ər-Rimal məhəllələrindən geri çəkilərək sahil zolağındakı Rəşid küçəsinə çəkilib.
İsrail qüvvələri Qəzza zolağının şimal-şərqindəki Cibaliya şəhərinin işğalını davam etdirərək İndoneziya xəstəxanasının ətrafına çatıb və orada yerləşdirilib.
Ayşən
Mənbə: azxeber.com