767-ci gün: Rusiyanın itkiləri yeniləndi

767-ci gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 767-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 442 170 hərbçi, 6 966 ədəd tank, 13 304 ədəd zirehli döyüş maşını, 11 050 ədəd artilleriya sistemi, 1023 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 743 hava hücumundan müdafiə sistemi, 347 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 14 717 ədəd avtomobil texnikası, 8 731 ədəd PUA, 2 048 qanadlı raket, 26 gəmi/kater, 1 sualtı qayıq, 1 823 xüsusi avadanlıq itirib.

Mənbə: axar.az