Bu türk ölkəsi 9 May paradını keçirməkdən İMTİNA ETDİ

Bu türk ölkəsi 9 May paradını keçirməkdən İMTİNA ETDİ

Qazaxıstan Müdafiə Nazirliyi bu il mayın 9-da Qələbə Gününün qeyd olunması zamanı hərbi paradların keçirilməsindən imtina etdiyini açıqlayıb.

Qərar pula qənaət etmək və diqqəti digər vacib vəzifələrə yönəltmək üçün qəbul edilib.

“2024-cü ildə Qazaxıstanda hərbi paradın keçirilməsi büdcə vəsaitlərinə qənaət etmək, eləcə də digər problemlərin həlli zərurəti ilə əlaqədar planlaşdırılmayıb”, – Qazaxıstan Müdafiə Nazirliyi bildirib.

Əvvəlki iki ildə də paradlar keçirilməyib. 2020 və 2021-ci il tədbirləri koronavirus pandemiyası səbəbindən ləğv edilib. Buna baxmayaraq, respublikada anım tədbirləri təşkil olunub, veteranlar Müdafiə Nazirliyinin və hərbi rəhbərlərin nümayəndələri tərəfindən təbriklər alıblar.

Akqabay

Mənbə: publika.az