ŞOK İDDİA: Rusiya afrikalı tələbələri müharibəyə göndərir

ŞOK İDDİA: Rusiya afrikalı tələbələri müharibəyə göndərir

Rusiya hakimiyyəti afrikalı tələbələri və gənc miqrant işçiləri Müdafiə Nazirliyi ilə müqavilə bağlamağa məcbur edərək, onları tələbə və iş vizalarını uzatmamaqla hədələyir. Orduda xidmət etmək üçün bu yolla cəlb edilən əcnəbilər Xarkov vilayətində döyüşlərdə iştirak etmək üçün göndərilir.

Bu barədə “Bloomberg” Avropa rəsmilərinə istinadən yazıb.

Agentliyin qeyd etdiyi kimi, oxşar yanaşma əvvəllər "Vaqner" PMC tərəfindən də tətbiq edilib. Jurnalistlərin həmsöhbətlərindən biri bildirib ki, Rusiya genişmiqyaslı işğalın ilk günlərindən miqrantları və əcnəbi tələbələri müharibədə iştiraka məcbur edib. Onun sözlərinə görə, belə hərbi qulluqçular xüsusilə ağır itkilərə məruz qalırlar, çünki onlar daha çox riskli hücum əməliyyatları üçün - Rusiya Silahlı Qüvvələrinin təlim keçmiş hissələrini qorumaq üçün istifadə olunur.

Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya ən azı 21 ölkədə, o cümlədən bir neçə Afrika dövlətində xarici muzdluları cəlb etmək üçün qlobal kampaniya aparır.

Cəmilə

Mənbə: publika.az