Rusiya Xarkov vilayətində strateji körpünü belə vurdu - VİDEO

Rusiya Xarkov vilayətində strateji körpünü belə vurdu -

Rusiya qüvvələri Xarkov vilayətinin Starıy Saltov rayonunda körpünü vurub.

Publika.az xəbər verir ki, zərbənin görüntülərini “İznanka” Telegram kanalı yayıb.

Yayımlanan görüntülərə görə, güclü partlayış olub, daha sonra qara tüstü sütunu əmələ gəlib.

Rusiya qüvvələrinin Peçeneq su anbarı üzərindəki körpüyə hücumu iyunun 13-də məlum olub. Qeyd edildiyi kimi, Ukrayna hərbçiləri bu strukturdan artilleriya təchizatı üçün istifadə ediblər. Körpü Su-34 qırıcı-bombardmançı təyyarəsi ilə vurulub. Raket zərbəsi nəticəsində strukturun bir neçə zolağının su altında qaldığı bildirilir.

Tural

Mənbə: publika.az