Ermənistan Müdafiə Nazirliyi müqaviləli hərbçinin ölümü barədə məlumat yayıb.
Bu barədə erməni mediasına istinadən bildirir.
İyunun 14-də saat 08:20 radələrində Armen Qasparyanın güllə yarası ilə meyiti qeyri-müəyyən şəraitdə aşkar edilib.
Faktla bağlı aparılan araşdırmaların ilkin nəticələri bu gün açıqlanıb. Məlum olub ki, hərbçi Armen Qasparyan öldürülüb. Ermənistan İstintaq Komitəsi “qətl” maddəsi ilə cinayət işi açıb.
Mənbə: musavat.com