Putin və Ukrayna müharibəsi üçün REKORD BÜDCƏ

Putin və Ukrayna müharibəsi üçün

2025-ci ildə Rusiya prezidentinin və onun administrasiyasının saxlanması xərcləri 30,9 milyard rubla (təxminən 322 milyon dollar) qədər artacaq ki, bu da cari illə müqayisədə 25,6 faiz çoxdur.

Əsas səbəb Putin və Kreml işçilərinin maaşlarının artırılmasıdır.

Ukraynanın müharibə xərclərinin 13,5 trilyon rubl (141 milyard dollar) artacağı gözlənilir ki, bu da ümumi büdcənin 32,5%-ni təşkil edəcək.

Bu arada, sosial siyasətə cəmi 6,49 trilyon rubl (68 milyard dollar) ayrılacaq ki, bu da büdcənin 15,7%-ni təşkil edir.

Bundan əlavə, 2025-2027-ci illərdə cərimə və sanksiyaların yığımını 600 milyard rubla (6,26 milyard dollar) çatdırmaq planlaşdırılır.

Adəm Abbaslı

Mənbə: publika.az