"Rusiya Şimali Koreyalı hərbçilərlər birgə böyük hücuma hazırlaşır" - ABŞ nəşri

"Rusiya Şimali Koreyalı hərbçilərlər birgə böyük hücuma hazırlaşır" - ABŞ nəşri

Rusiya Şimali Koreyalı hərbçilərlərlə birgə on minlərlə hərbçidən ibarət böyük bir qrupla Ukrayna ordusunun Kursk vilayətindəki mövqelərinə hücum etməyi planlaşdırır.

Bu barədə adı açıqlanmayan mənbə "CNN"-ə müsahibəsində bildirib.

O, yaxın günlərdə yeni hücumun başlaya biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Adı açıqlanmayan ukraynalı komandirlərdən birinin sğzlərinə görə, Şimali Koreya qoşunları Kursk vilayətində, həmçinin Belqorod vilayətində və Ukraynanın işğal olunmuş ərazilərində gedən hərbi əməliyyatlarında iştirak edir:

Hərbçi əlavə edib ki, koreyalıların şəxsi heyəti arasında artilleriya mütəxəssisləri və snayperlər də var.

"Onların müharibədə iştirakı ruslara öz əsgərlərini cəbhənin digər sektorlarında hücuma keçirməyə imkan verir. Sonradan isə onlar özləri birbaşa döyüş əməliyyatlarında istifadə olunurlar. Hərbi dillə desək, burada üç briqadadan söhbət gedir. Təsəvvür edin ki, indi rus ordusu 10 min əsgərini ikinci müdafiə xəttindən çıxarır, Şimali Koreyadan olan əsgərləri ora yerləşdirir və bu üç briqadanı aktiv döyüş əməliyyatlarının getdiyi yerlərdən birinə göndərir. Bu, əhəmiyyətli bir resursdur”,- deyə o, bildirib.

"AzPolitika.info"

Mənbə: azpolitika.info