Suriyada silahlı qruplar bir strukturda birləşir - Foto

Suriyada silahlı qruplar bir strukturda birləşir - Foto

Suriyanın müxtəlif silahlı qruplar ölkənin Müdafiə Nazirliyinin nəzarəti altında bir strukturda birləşdiriləcək.

“Al Watan” nəşrinə istinadən xəbər verilir ki, Suriyanın yeni hökümətinin başçısı Əhməd əl-Şaraa (Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınır) deyib.

Məlumata görə, Culani müxtəlif silahlı qruplaşmaların rəhbərləri ilə görüş keçirib və prezident Bəşər Əsədin devrilməsindən sonra Suriya ordusunun yeni formatı müzakirə olunub.

“Suriya silahlı qrupları Müdafiə Nazirliyinin nəzarəti altında vahid strukturda birləşdiriləcək”, - məlumatda deyilir.



Mənbə: qafqazinfo.az