Dekabrın 25-dən 26-na keçən gecə Ukraynaya məxsus pilotsuz təyyarələr Rusiya regionları üzərində hərbi manevr edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti "Telegram" kanalında məlumat yayıb.
Bildirilir ki, ümumilikdə beş Ukrayna təyyarə tipli pilotsuz uçuş aparatı növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən aşkar edilərək məhv edilib.
Düşmənin pilotsuz uçuş aparatlarından istifadə etməklə hücum cəhdləri üç ərazidə qeydə alınıb.
“Üç PUA Volqoqrad vilayəti ərazisində, biri Voronej vilayətində və biri Belqorod vilayətində vurulub”, - məlumatda deyilir.
Adəm
Mənbə: publika.az