Çin yeni hücum gəmisini təqdim etdi

Çin yeni hücum gəmisini təqdim etdi

Dünyanın ən güclü donanmasına sahib olan Çin yeni amfibiya hərbi gəmisini arsenalına daxil edib. “Sixuan” adlandırılan hücum gəmisi 40 min ton ağırlığındadır.

Gəmi dəniz əməliyyatları üçün nəzərədə tutulduğu kimi, hava dəstəyi də təmin edə bilir. “Sixuan” eyni zamanda piyada hərbçilərin yerdəyişimi üçün də xeyli əlverişlidir.

Çin hazırda əlavə yanacaq tədarükü olmadan uzaq ərazilərə üzə bilən hərbi gəmilər üzərində işləyir. Pekinin bu sahədə də ən böyük rəqibi məhz ABŞ-dir.

Mənbə: yenisabah.az