Rusiyanın Kursk vilayətində dron hücumu təhlükəsi elan edildikdən sonra hava hücumundan müdafiə sistemi işə düşüb.
Bu barədə regional əməliyyat qərargahının Telegram kanalında məlumat verilib.
"Hava hücumundan müdafiə qüvvələri işləyir. Pəncərələrdən uzaqlaşın" mesajında deyilir.
Qeyd edək ki, bu gün Ukrayna ordusu Kursk istiqamətində irimiqyaslı hücuma keçib.
Mənbə: axar.az