Laçın istiqamətində mövqelərimiz yenidən atəşə tutulub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
"Yanvarın 6-sı saat 14:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan yenidən atəşə tutub", məlumatda deyilir.
Mənbə: apa.az