Kursk vilayətində çox məhdud sayda Ukrayna hərbi qulluqçusu var - üç minə qədər və onlarla ağır texnika.
Bunu ukraynalı hərbi ekspert İvan Stupak deyib.
“Ukraynanın Kursk vilayətinə son hücumunun üçüncü günüdür. Başa düşməliyik ki, bizim orada çox məhdud qüvvəmiz var – Kursk, Kaluqa və Moskva vilayətinə doğru yürüş edən yüz minlərlə ukraynalı hərbçi yoxdur. Ehtimal ki, sayı bir neçə yüzdən 3 minə qədər hərbi qulluqçu və bir neçə daha ağır texnika var. Yəni, bu əməliyyat məhduddur”, - İ.Stupak bildirib.
Onun sözlərinə görə, bu əməliyyatın 30%-i hərbi komponentdir, 70%-i isə siyasət.
Qeyd edək ki, yanvarın 5-6-da Ukrayna ordusunun Kurskda irəlilədiyinə dair xəbərlər yayılıb.
Mənbə: axar.az