İsrailin Qəzzada törətdiyi qətliamda ölənlərin sayı 46 mini keçdi

İsrailin Qəzzada törətdiyi qətliamda ölənlərin sayı 46 mini keçdi
İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda son 24 saatda 70 fələstinlinin ölməsi ilə ümumi ölənlərin sayı 46.006-ya yüksəlib.
Bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama verib.
Nazirlikdən verilən açıqlamada 24 saat ərzində İsrail qüvvələrinin 3 hücumu nəticəsində 70 fələstinlinin öldüyü, 104 nəfərin isə yaralandığı bildirilib.
Hücumların başladığı 7 oktyabr 2023-cü ildən bu yana ümumi can itkisinin 46.006-ya, yaralıların sayının isə 109.378-ə yüksəldiyi qeyd olunub.
Qeyd edək ki, İsrailin Qəzza zolağına hücumları 461 gündür ki, davam edir.
Oksana

Mənbə: azxeber.com