Bu ölkədə Çinə işləyən casusların sayı kəskin artıb

Bu ölkədə Çinə işləyən casusların sayı kəskin artıb

Tayvanda Çin üçün casusluq ittihamı ilə mühakimə olunanların sayı 2024-cü ildə kəskin şəkildə artıb.

Bu barədə Tayvanın Milli Təhlükəsizlik Bürosu (NSB) məlumat yayıb.

Qeyd edildiyi kimi, ötən il belə təqsirləndirilən şəxslərin sayı 64, 2023-cü ildə isə 48 nəfər olub. İdarədən bildirilib ki, belə cinayətlər üzrə başlanan işlərin sayı da artıb (2021-ci ildə 3-dən 2024-cü ildə 15-ə çatıb).

Ötən il 15 təqaüdçü və 28 fəal Tayvan hərbçisi cinayət məsuliyyətinə cəlb edilib.

Yanvarın 9-da məlum olmuşdu ki, Tayvan prokurorları yeddi təqaüdçü zabiti Pekində hakimiyyətlə hipotetik münaqişə vəziyyətində Çin Xalq Azadlıq Ordusuna kömək etməyə çağırıldığı iddia edilən yaraqlılardan ibarət dəstə yaratmaqda ittiham edib.

Tural

Mənbə: publika.az