İsrail ordusu Qəzzanın Rəfah şəhərindən texnikanı çıxarmağa başlayıb

İsrail ordusu Qəzzanın Rəfah şəhərindən texnikanı çıxarmağa başlayıb

İsrail Müdafiə Qüvvələri (İDF) Qəzza zolağının Rəfah şəhərindən texnikasını geri çəkməyə başlayıb.

Bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.

“İsrail hərbçiləri öz texnikasını cənubdakı Rəfah şəhərinin mərkəzindən çıxarmağa başlayıblar”, - nəşr yazıb.

Geri çəkilmənin Misirlə cənub sərhədi boyunca Filadelfiya dəhlizi adlanan ərazidə həyata keçirildiyi bildirilib.

Mənbə: report.az