Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ilk dəfə təşkil olunan UEFA Millətlər Liqasında bu gün ilk oyununu keçirib.
Bizim.Media xəbər verir ki, “Dalğa Arena”da Kipr yığması ilə qarşılaşma heç-heçə yekunlaşıb – 1:1.
Azərbaycan millisinin qolunu 46-cı dəqiqədə Sevinc Cəfərzadə vurub.
Yığma növbəti oyununu sebtyabrın 26-da səfərdə Montenqroya qarşı keçirəcək.
Mənbə: bizim.media