Rüfət növbəti dəfə ABŞ-da rəmzi 11-liyə düşdü

ABŞ-ın "Finiks Rayzinq" klubunda çıxış edən millimizin futbolçusu Rüfət Dadaşov USL çempionatında növbəti dəfə həftənin rəmzi komandasına düşüb.

Qol.az xəbər verir ki, 12-ci turda "Las-Veqas Layts"ı məğlub etdikləri (5:1) oyunda iki qol və bir məhsuldar ötürmə edən 28 yaşlı hücumçu rəmzi 11-likdə yer alıb.

Dadaşov 6-cı turda da rəmzi komandaya düşmüşdü.

Qeyd edək ki, Rüfət Dadaşov bu mövsüm 10 qol vurub.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Qadın alverinə görə həbs edilən 30 yaşlı Təranəyə 9 il cəza kəsildi

SONRAKI XƏBƏR

102 il sonra yenə çiyin-çiyinə - VİDEO