Fatih Terim: “Neftçi”yə yuxarıdan aşağı baxmaq olmaz”

Fatih Terim: “Neftçi”yə yuxarıdan aşağı baxmaq olmaz”

“Bakıya qələbə dalınca gedirik”.

Apasport.az saytının məlumatına görə, bunu Türkiyənin “Qalatasaray” klubunun baş məşqçisi Fatih Terim Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə keçiriləcək oyunöncəsi deyib.

Təcrübəli mütəxəssis hədəflərinin mərhələ adlamaq olduğunu söyləyib: “Bu oyunun sığortası yoxdur. Rəqib mərhələnin bir oyundan ibarət olmasını fürsət kimi görəcək. Səhv istəmirəm. “Neftçi”yə yuxarıdan aşağı baxmaq olmaz”.

Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Neftçi” – “Qalatasaray” matçı saat 20:00-da start götürəcək.

Mənbə: apa.az