“Molde” klubunun zədəli futbolçuları sağalıb

Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq Norveç klubu “Molde”nin zədəli futbolçuları heyətə qayıdıb.

 

Apasport.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Erlinq Mo məlumat verib.

 

O bildirib ki, müdafiəçi Stian Qreqersen və hücumçu Matis Bolli Azərbaycan çempionu ilə qarşılaşmada meydana çıxa bilər. Çalışdırıcı, xüsusən də, 3 ay əvvəl dizindən zədələnən Qreqersenin sağalmasına sevindiyini söyləyib.

 

Qeyd edək ki, sabah Larnakadakı “AEK Arena”da keçiriləcək “Qarabağ” – “Molde” oyunu Bakı vaxtı ilə 21:00-da start götürəcək.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Səkkiz ayda tarlalardan 757 min tondan çox kartof yığılıb

SONRAKI XƏBƏR

Zaqatalada MMC-yə məxsus anbardan fındıq oğurlamaq istəyən şəxslər saxlanılıb