"Qalatasaray"ın vitse-prezidenti "Neftçi" ilə oyundan danışdı

"İki qardaş ölkənin qardaş komandası üz-üzə gələcək". "Report"un məlumatına görə, bunu Türkiyənin "Qalatasaray" klubunun vitse-prezidenti Abdurrahim Albayrak UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"yə qarşı keçirəcəkləri matç barədə danışarkən deyib.

Klub rəsmisi növbəti mərhələyə yüksələcəklərinə inandığını bildirib: "Allahın köməyi ilə mərhələni keçib, Türkiyəyə qayıdacağıq".

Albayrak komandada yeni oyunçuların olduğunu sözlərinə əlavə edib: "Hazır olmayan futbolçular var. Radamel Falkao, Arda Turan, Taylan Antalyalı və bir çox oyunçu mövsümə yaxşı başlayıblar".

Vitse-prezident yeni transferlərin hələ ki, heyətə düşə bilmədiyini vurğulayıb: "Yeni transferlərimiz və komandadan gedənlər olacaq. Futbolçu almaq qədər satmaq da önəmlidir, Əlimizdən gələni edirik".

Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq.

Azpolitika.info

ƏVVƏLKİ XƏBƏR

Zaqatalada MMC-yə məxsus anbardan fındıq oğurlamaq istəyən şəxslər saxlanılıb

SONRAKI XƏBƏR

Qəzzada aksiya keçirildi