“Qalatasaray”ın yeni transferini Bakıya gətirməmə səbəbi müəyyənləşib

Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq Türkiyənin “Qalatasaray” klubu Bakıya 20 futbolçu ilə yollanıb.

 

Apasport.az saytının məlumatına görə, “23-lük”də yer alan yarımmüdafiəçi Oqenekaro Etebonun görüşün iştirak ərizəsindən çıxarılmasının səbəbi müəyyənləşib.

 

“Stok Siti”dən yenicə icarəyə götürülən nigeriyalı oyunçu uzun müddət məşqlərdən kənar qaldığı üçün baş məşqçi Fatih Terim onun fiziki cəhətdən hələ tam hazır olmadığı qənaətinə gəlib. Fiziki hazırlıq üzrə məşqçi Skott Pirinin xüsusi məşq proqramına əsasən hazırlaşan 25 yaşlı futbolçunun Super Liqanın II turu çərçivəsində sentyabrın 20-də “Başakşəhər”lə görüşdə debüt etməsi gözlənilir.

 

Qeyd edək ki, sentyabrın 17-də Bakıda keçiriləcək matça “Qalatasaray” hücumçular Yunus Akgün və Ali Yavuz Kolunu da gətirmir.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda milyonları mənimsəyən bankirin əmlakının üzərinə həbs qoyulmadı — ŞOK QƏRAR (ÖZƏL)

SONRAKI XƏBƏR

YAP-dan Mir Şahinin dəyişiklik çağırışına reaksiya