Kuman: Bu, Messi ilə klub rəhbərliyi arasında ziddiyyət idi

Kataloniya “Barselona”sının baş məşqçisi Ronald Kuman komandanın lideri Lionel Messi ətrafında yaranmış vəziyyətdən danışıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı ispan mediası yayıb.

“Bu, Messi ilə klub rəhbərliyi arasında ziddiyyət idi. Komandanın futbolçularının və məşqçilərinin bununla heç bir əlaqəsi yoxdur. Messi ilə danışdım, hər şey qaydasındadır. Çalışmağa davam edirik”. “Mundo Deportivo” nəşri Kumanın sözlərindən sitat gətirir.

Xatırladaq ki, əvvəllər Messi klub rəhbərliyi ilə fikir ayrılıqlarına görə “Barselona”dan ayrılmaq istəmişdi.

Babək Göyüş

KONKRET.az

konkret.az

ƏVVƏLKİ XƏBƏR

Bölgələrə turist axını: “Otellərdə boş yer qalmayıb”

SONRAKI XƏBƏR

Ekspertdən sərt ittiham: “Yerli istehsal təkərə vurulan hava ilə ölçülmür"