Komitə prezidenti BMT rəsmisi ilə görüşdü

Komitə prezidenti BMT rəsmisi ilə görüşdü

Bu gün Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov və BMT-nın İnkişaf Proqramının (UNDP) Azərbaycan nümayəndəliyinin rəhbəri Aleksandr Frakasetti arasında onlayn formatda görüş keçirilmişdir.

 

Fanat.Az xəbər verir ki, görüş zamanı Azərbaycanda Abilimpiya və uşaq paralimpiya hərəkatlarının inkişafı və bununla bağlı gələcək işlər müzakirə edilmiş, eyni zamanda ölkəmizdə aktual olan müyəssərliyin təmin edilməsi mövzusunda birgə əməkdaşlıq haqqında fikir mübadiləsi aparılmışdır.

 

Fanat.Az

Mənbə: fanat.az