“Çelsi”də “Liverpul”la oyun öncəsi 4 ağır itki

“Çelsi”də “Liverpul”la oyun öncəsi 4 ağır itki

“Çelsi” İngiltərə Premyer Liqasının 2-ci turu çərçivəsində qarşılaşacağı “Liverpul”la oyuna ciddi itkilərlə çıxacaq.

Rekord.az xəbər verir ki, London təmsilçisinin müdafiəçiləri Ben Çilluell və Tyaqo Silva, həmçinin yarımmüdafiəçilər Kristian Pulişiçlə Hakim Ziyex turun mərkəzi görüşünü buraxmalı olacaq.

Bu barədə “zadəganlar”ın baş məşqçisi Frenk Lempard məlumat verib. Onun sözlərinə görə, Lempard, Pulişiç və Ziyex zədədən əziyyət çəkir. Tyaqo Silva isə hələ optimal formasından uzaq olduğu üçün komandaya kömək edə bilmir.

Qeyd edək ki, “Çelsi” – “Liverpul” matçı bu gün 19:30-da keçiriləcək.

Mənbə: offsideplus.az