Abdullah Zubir "Neftçi"yə qarşı niyə oynamır?

"Qarabağ"ın futbolçusu Abdullah Zubirin Azərbaycan Premyer Liqasının III turunun "Neftçi" ilə oyununu buraxmasının səbəbi məlum olub.

Ağdam klubunun Mətbuat katibi Nurlan İbrahimovun

"Report"a verdiyi məlumata görə, fransalı yarımmüdafiəçi zədəli olduğu üçün bugünkü matçın iştirak ərizəsinə salınmayıb.

UEFA Çempionlar Liqasında Norveç "Molde"si ilə matçda əzələsini dartan oyunçu bir neçə gün istirahət etməlidir.

Qeyd edək ki, "Qarabağ" - "Neftçi" oyununda hazırda hesab 1:1-dir.

Fanat.az

ƏVVƏLKİ XƏBƏR

Nikol Paşinyanın silah "bazar"lığı - VİDEO

SONRAKI XƏBƏR

"Qarabağ" "Neftçi"yə məğlub oldu