“Livepul” “Çelsi”ni iki cavabsız qolla məğlub etdi

Sentyabrın 20-də İngiltərə Premyer Liqasının ikinci turunun mərkəzi qarşılaşması keçirilib.

Publika.az xəbər verir ki, “Çelsi” klubu öz meydanında son çempion “Liverpul” komandasını qəbul edib.

Görüş “Liverpul” klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hər iki qolu Sadio Mane vurub.

Xatırladaq ki, Premyer Liqanın birinci turunda “Liverpul” öz meydanında “Lids”i 4:3, “Çelsi” isə səfərdə “Brayton”u 3:1 hesabı ilə məğlub edib.

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Dünya belə yox olacaq — Baş verəcək DƏHŞƏTLƏR AÇIQLANDI — VİDEO

SONRAKI XƏBƏR

Sumqayıtda bu restoranlar epidemiya əleyhinə rejimi pozdu