"Keşlə" 3 hücumçu arasında seçim edir

"Keşlə" Azərbaycanı icazəsiz tərk edən futbolçusu Aleksandr Kriştovaonun yerinə yeni hücumçu axtarır.

Bu barədə

"Report"a komandanın baş məşqçisi Yunis Hüseynov məlumat verib.

55 yaşlı mütəxəssis bildirib ki, hazırda 3 legioner forvardla danışıqlar gedir: "Hər üçünü izləyirik. Bilirsiniz ki, indi hazır futbolçu tapmaq çətindir. Sonda hansına üstünlük versək və razılığa gəlsək, onu da gətirəcəyik. Məsələ bu həftə ərzində 100 faiz dəqiqləşəcək".

Qeyd edək ki, hazırda "Keşlə"nin heyətində cəmi 2 hücumçu qalıb. Onlardan biri braziliyalı Silvio Rodriges, digəri isə əvəzedici komandanın üzvü Xəzər Mahmudovdur.

 

Fanat.Az

Fanat.az

ƏVVƏLKİ XƏBƏR

Akif Nağı Müdafiə nazirinə müraciət etdi: Döyüşə hazırıq!

SONRAKI XƏBƏR

BDU Qazax Milli Universiteti ilə ikili diplom proqramı üzrə müqavilə imzalayıb