Balakəndə deputat Nəsib Məhəməliyevin təşəbbüsü ilə kənd futbolunun inkişafı ilə bağlı tədbir keçirildi

Balakəndə deputat Nəsib Məhəməliyevin təşəbbüsü ilə kənd futbolunun inkişafı ilə bağlı tədbir keçirildi

Balaken.info xəbər verir ki, Sentyabrın 21-də Balakən rayonun Şərif kəndində Balakən rayonunda olan deputat Nəsib Məhəməliyevin təşəbbüsü və AFFA - nın təşkilatçılığı ilə " Kənd futbolunun inkişafı " ilə bağlı tədbir keçirilmişdir.
Tədbirdə Milli Məclisin deputatları Nəsib Məhəməliyev, Rauf Əliyev və Sabir Hacıyev, eləcə də Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan Balaken rayon Gənclər və İdman İdarəsinin rəisi Rasim Paçalov Balakən rayonun son zamanlar idmanda əldə etdiyi uğurlar barədə söz açaraq Balakənin hər zaman idman sahəsində öncül yerlərdə olduğunu bildirdi. Çıxış edən Azərbaycan Futbol Federasiyalar Assosiasiyasının Vitse - Prezidenti, millət vəkili Rauf Əliyev futbol sahəsinin inkişafı üçün görülən işlərdən danışaraq Azərbaycanın hər bölgəsində bu idman növünün inkişafında federasiya rəhbərliyinin maraqlı olduğunu diqqətə çatdırdı.
Daha sonra çıxış edən millət vəkili Nəsib Məhəməliyev AFFA rəhbərliyinə təşəkkür edərək Balakən gənclərinin hər zaman idmana böyük həvəslə yanaşdığını, xüsusilə Qabaqçöl Qəsəbəsindən dünya səviyyəli idmançıların çıxdığını diqqətə çatdırdı. Sonra çıxış edən Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev bu gözəl lahiyəyə görə AFFA rəhbərliyinə təşəkkür edərək Balakəndə idmanın hər növü üçün, xüsusilə futbolun inkişafı üçün hər cür şərait olduğunu, rayon rəhbərliyinin gənclərin sağlam və milli ruhda yetişməsi üçün hər zaman bütün imkanları səfərbər etdiyini bildirdi.
Daha sonra futbolla məşğul olan yeniyetmələrə AFFA rəhbərliyi adından idman geyimləri və futbol topları hədiyyə edildi. Deputatlar və rayon rəhbərliyi qəsəbənin sakinləri ilə də qısa görüş keçirərək onları maraqlandıran suallara cavab verdilər, problemlərini dinlədilər. Tədbir yeniyetmələrin futbol oyunu ilə davam etdi.

 

 

 

 

 

Mənbə: aztehsil.com