“Çelsi” Seneqal millisinin qapıçısını alır

“Çelsi” Fransanın “Renn” klubunda çıxış edən Seneqal millisinin qapıçısı Eduard Mendinin transferini razılaşdırıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, İngiltərə klubu 28 yaşlı futbolçu üçün 20 milyon avro ödəyəcək.

Mendi 2019-cu ilin yayında “Renn”ə 4 milyon avro ödənməklə “Reyms”dən keçib.

O, 2018-ci ildən Seneqal millisində çıxış edir.

Lent.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda BİABIRÇILIQ: 21 yaşlı gəlin ərinin dostu tərəfindən qaçırıldı - ÖZƏL

SONRAKI XƏBƏR

Baş məşqçi koronavirusdan sağaldı