Sörlot "Leyptsiq" üçün tibbi müayinədən keçəcək

Sörlot "Leyptsiq" üçün tibbi müayinədən keçəcək

 

 

"Leyptsiq" İngiltərənin "Kristal Pelas" klubunun hücumçusu Aleksandr Sörlotu transfer edib.

 

24 yaşlı hücumçu tibbi müayinədən keçmək üçün Leyptsiqə yollanıb. Bu keçid Almaniya klubuna 25 milyon avroya başa gəlib. Transfer məbləği norveçli futbolçunun ötən mövsüm icarə əsasında çıxış etdiyi "Trabzonspor"la "Kristal Pelas" arasında yarıya bölünüb.

 

"Trabzonspor" Norveç millisinin üzvünü 2019-cu ilin yayında 6 milyon avroluq satın alma şərti ilə 2 illik icarəyə götürmüşdü. Müqavilənin şərti Sörlot bu mövsüm Trabzon təmsilçisində rəsmi oyunların 50 faizində iştirak edəcəyi halda qüvvəyə minəcəkdi. "Bordo-mavililər" müqaviləyə xitam vermək üçün transfer məbləğinin yarısını istəyib və London klubu ilə razılaşıb.

 

Hücumçu ötən mövsüm 22 qolla Türkiyə Super Liqasının bombardiri olub.

Mənbə: xezerxeber.az