"İnter" Vidalla müqavilə imzaladı

"İnter" Vidalla müqavilə imzaladı

İnter" "Barselona"nın yarımmüdafiəçisi Arturo Vidalı transfer edib.

XəzərXəbər klubun saytına istinadla xəbər verir ki, çilili yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. Milan təmsilçisi Vidalın keçidi üçün qarşı tərəfə futbolçunun performansına görə bonuslar ödəyəcək.

Katalonlar 33 yaşlı futbolçunu 2018-ci ildə "Bayern"dən 18 milyon avroya transfer etmişdi. "Kolo Kolo"nun yetirməsi "Bayer" (Leverkuzen) və "Yuventus"da da çıxış edib.

Mənbə: xezerxeber.az