Polşa reytinq xarakterli üç güləş turnirinə ev sahibliyi edəcək

Polşa reytinq xarakterli üç güləş turnirinə ev sahibliyi edəcək

 

Bakı, 22 sentyabr, AZƏRTAC

Dünya Güləş Birliyi (UWW) daha üç reytinq turnirinin keçirilməsini təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan güləşçilərinin də iştirak edəcəkləri turnirlərdə idmançılar reytinq xalları qazanacaqlar. Bu xallar “Tokio-2020” Yay Olimpiya Oyunlarının püşkatma mərasimində nəzərə alınacaq.

Polşa 2021-ci ilin yayında sərbəst güləş üzrə Vatslav Tsiolkovski memorialına, yunan-Roma güləşi üzrə Vladislav Pıtlyasinskinin xatirəsi turnirinə və qadınlar arasında “Poland Open” yarışına ev sahibliyi edəcək.

AZERTAG.AZ :Polşa reytinq xarakterli üç güləş turnirinə ev sahibliyi edəcək

Mənbə: azertag.az