Millinin toplanışına 26 futbolçu çağırıldı

Millinin toplanışına 26 futbolçu çağırıldı

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq.

“Qafqazinfo” xəbər verir ki, hazırlıq prosesi sentyabrın 24-dən 30-dək Bakıda baş tutacaq.

Toplanışdan bir gün öncə futbolçular və məşqçi heyəti COVİD-19 testindən keçəcəklər. Hazırlıq prosesinə 26 futbolçu dəvət olunub.

Mənbə: qafqazinfo.az