"Çelsi"nin məşhur futbolçusu klubdan ayrılır

"Çelsi"nin məşhur futbolçusu klubdan ayrılır

"Çelsi" klubunun müdafiəçisi Antonio Rüdiger komandadan ayrılmaq niyyətindədir.

Offsideplus.az "Telegraph"a istinadən xəbər verir ki, buna səbəb almaniyalı futbolçunun son iki matçda Frenk Lempardın start "11-liy"indən kənarda qalmasıdır.

Məlumata görə, özünü artıq London təmsilçisində xoşbəxt hiss etməyən 27 yaşlı mərkəz müdafiəçisi ona edilən təkliflərə müsbət yanaşacağını bildirib.

Qeyd edək ki, onunla PSJ, "Milan" və "Napoli" kimi klublar maraqlanır.

Mənbə: offsideplus.az