Alleqri “Roma”da?

Alleqri “Roma”da?

“Yuventus”un sabiq baş məşqçisi Massimiliano Alleqri “Roma”nı çalışdıra bilər.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, paytaxt klubunun rəhbərliyi hazırkı baş məşqçi Paulo Fonsekanın yanlış seçim olduğunu düşünür. Bu səbəbdən A seriyası təmsilçisi bu vəzifəyə Massimiliano Alleqrini gətirmək niyyətindədir.
Bildirilir ki, 53 yaşlı mütəxəssis özü də “Roma”da işləməyə müsbət yanaşır.

Qeyd edək ki, M.Alleqri 2014-19-cu illərdə çalışdırdığı “Yuventus”dan ayrılandan sonra işsizdir.

Mənbə: www.qol.az