Kilian Mbappenin satış qiyməti ucuzlaşdı

Kilian Mbappenin satış qiyməti ucuzlaşdı

"Liverpul" gələn yay Mbappeni 91 milyon funt sterlinqə transfer edə bilər.

Offsideplus.az Fransa mətbuatına istinadən xəbər verir ki, PSJ-nin hücumçusu Kilian Mbappe klub rəhbərliyinə komandanı tərk etmək istədiyini bildirib. Belə ki, PSJ-nin iki il ərzində müqaviləsi başa çatan oyunçu üzərində ziyana gedəcəyi bildirilir.

21 yaşlı Mbappenin 111 milyon funt sterlinqlik satış qiyməti enərək 91 milyon funt sterlinq olub.

Belə olduğu halda "Real Madrid" və ya "Liverpul" klubları oyunçunu gözlədiklərindən daha ucuz transfer edə bilərlər.

Mənbə: offsideplus.az