Gənclər Liqasının formatı dəyişdi

UEFA İcraiyyə Komitəsi Gənclər Liqası ilə bağlı yeni formatı təsdiqləyib.

Fanat.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Xəbərə görə, 2020/2021 mövsümü 1/16 final mərhələsindən olimpiya sistemi ilə keçiriləcək və qalib 1 oyunla müəyyənləşəcək.

Bu qərar pandemiya səbəbindən yarışın təşkilindəki çətinliklər və azyaşlı oyunçuların mövcud şəraitdə səyahət etmək istəməməsi ilə əlaqələndirib. Bu raundun oyunları 2021-ci ilin martında olacaq. Digər detallarla bağlı qərar İcraiyyə Komitəsinin növbəti iclasında veriləcək.

Qeyd edək ki, Azərbaycanı UEFA Gənclər Liqasının cari mövsümündə "Qəbələ"nin U-19 komandası təmsil edəcək.

Fanat.az

ƏVVƏLKİ XƏBƏR

Məleykə Abbaszadə: Buraxılış imtahanlarında xarici dildən danışma qabilliyyətini yoxlaya bilməyəcəyik

SONRAKI XƏBƏR

ASALA və PKK terrorçuları Dağlıq Qarabağa toplanır - Politoloq