DÇ-2022-nin seçmə oyunlarının vaxtı bəlli oldu

DÇ-2022-nin seçmə oyunlarının vaxtı bəlli oldu

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin oyunlarının vaxtı bəlli olub.

Axar.az UEFA-ya istinadən xəbər verir ki, oyunlar 2021-ci ilin martında başlayacaq və noyabrda yekunlaşacaq.

Pley-off oyunları isə 2022-ci ilin martında keçiriləcək.

Mənbə: axar.az