Cəlilabadda “Könüllülər Kuboku”nun şahmat yarışının qalibləri mükafatlandırılıblar

Cəlilabadda “Könüllülər Kuboku”nun şahmat yarışının qalibləri mükafatlandırılıblar

Cəlilabad, 24 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Sentyabrın 24-də Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla Gənclər və İdman Nazirliyi, “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin birgə layihəsi olan “Könüllülər Kuboku”nun əsasnaməsinə uyğun olaraq şahmat yarışı keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışın yekun nəticələrinə əsasən Mirəli Salmanlı birinci, Fuad Muxtarlı ikinci, Nihat Eynullayev üçüncü yeri tutub.

Qaliblər “Könüllülər Kuboku”nun diplomları ilə təltif olunublar.

Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov qalibləri təbrik edərək, onlara yeni-yeni qələbə sevincləri arzulayıb.

Mənbə: azertag.az