Arteta Özilin “Arsenal”da yarım ildən çox oynamamasının səbəbini açıqladı

Arteta Özilin “Arsenal”da yarım ildən çox oynamamasının səbəbini açıqladı

Londonun “Arsenal” klubunun baş məşqçisi Mikel Arteta komandanın heyətində yarımmüdafiəçi Məsud Özilin olmamasının səbəblərini açıqlayıb.

Bu barədə “Çempionat” məlumat yayıb.

31 yaşlı futbolçu sonuncu dəfə martın 7-də “Arsenal”ın heyətində meydana çıxıb.

“Komanda inkişaf edir, oyunçuların hansı səviyyəyə çatdığını hər kəs görür. Biz inkişafı, daha yaxşı oynamağı və digərləri ilə rəqabət aparmağı davam etdirmək istəyirik. Çıxışımızdan və oyunçuların bizə heyəti seçmək tapşırığını çətinləşdirməsindən çox məmnunam.

Biz oyuna daha uyğun gəldiyini düşündüyümüz insanları meydana buraxırıq. Heyətə düşmək çox çətindir. Bu, Məsuda və bəzilərinə də aiddir. Mən sualınızı anlayır və hörmət edirəm, ancaq maksimum ədalətli çalışmalıyam. Ən yaxşı vəziyyətdə olanları seçməyə çalışıram”, - deyə M.Arteta bildirib.

Mənbə: www.oxu.az