Dünyanın ən yaşlı futbolçusu elitada rekord qırdı

Dünyanın ən yaşlı futbolçusu elitada rekord qırdı

Yaponiya çempionatında "Kavasaki Frontale" "Yokohama"nı qəbul edib. Oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Fanat.Az xəbər verir ki, "Yokohama"nın heyətində meydana çıxan Kadzuyosi Miura 53 yaş 210 günlüyündə yeni rekorda imza atıb.

O, Yaponiyanın elitasında yaşıl meydana ayaq basan ən yaşlı futbolçu olub. O, 56-cı dəqiqədə əvəzlənib.

Öncəki rekord 2012-ci ildə "Konsadole Sapporo"nun formasıyla 2012-ci ildə meydana çıxan 45 yaşlı Masasi Nakayamaya məxsus idi.

Qeyd edək ki, Miura futbolçu karyerasına 1986-cı ildə Braziliyada - "Santos"da başlayıb və bu ölkənin bir neçə klubunda çıxış edib. Sözügedən forvard sonradan 4 dəfə Yaponiya çempionu olmağa imkan tapıb. Ön xətt oyunçusu Zaqreb "Dinamo"su və "Cenoa"nın uğurları üçün də çalışıb.

Mənbə: fanat.az