Dünyaca məşhur futbolçu "Qalatasaray"a gəlir

Dünyaca məşhur futbolçu "Qalatasaray"a gəlir

Son oyunlarda uğurlu nəticələrə imza atan “Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirir.

KONKRET.az xəbər verir ki, İstanbul təmsilçisi İtaliya “İnter”inin yarımmüdafiəçisi Joao Marionu sıralarına qatır.

Bir neçə gün əvvəl keçirilən mətbuat konfransında baş məşqçi Fatih Terimin media mənsublarından gizlətdiyi ad məhz 27 yaşlı portuqaliyalı futbolçu imiş. Artıq həm futbolçunun meneceri, həm də klubu ilə danışıqlara başlanılıb.

Məlumata görə, ilkin razılıq əldə edilib.

Qeyd edək ki, Joao Mario hazırda icarə əsasında Moskva “Lokomotiv”ində çıxış edir. //offisideplus.az

Mənbə: konkret.az