UEFA-dan avrokubokların qrup mərhələsinin oyunları ilə bağlı açıqlama

Çempionlar Liqası və Avropa Liqasında 2020/2021 mövsümünün qrup mərhələsinin oyunları gələn il yanvarın 28-dək başa çatdırılmalıdır. "Report" xəbər verir ki, bu barədə UEFA-nın Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, klublar epidemioloji vəziyyətdən asılı olaraq qitə futbol qurumunun da razılığı ilə neytral meydanda oyun keçirə bilər.

Qrup mərhələsində iştirak edən hər hansı komandada koronavirus aşkarlanacağı təqdirdə, heyətdə qapıçı da daxil olmaqla 13 oyunçu olarsa, matçın oynanılmasına icazə veriləcək. Tələb olunan say düzəlməsə, UEFA qarşılaşmanı təxirə sala bilər. Amma bunun üçün həmin görüş qrup mərhələsinin bitmə tarixindən əvvəl baş tutmalıdır.

Hansısa səbəbdən oyunu göstərilən tarixədək keçirmək mümkün olmasa, qurumun İcraiyyə Komitəsi pley-off mərhələsinə adlayacaq klubların müəyyənləşdirilməsi ilə bağlı əlavə qərar verəcək.

Qeyd edək ki, Çempionlar Liqasında qrup mərhələsinin ilk oyunları oktyabrın 20-da keçiriləcək.

Azpolitika.info

ƏVVƏLKİ XƏBƏR

Naxçıvanın turizm loqosunun təqdimatı olub

SONRAKI XƏBƏR

"Ramiz Mehdiyevin göstərişi olmadan Elşad Abdullayevin bioqrafiyası Azərbaycan Milli Ensiklopediyasına salına bilərdimi?"