"Atletiko"nun futbolçusu "Bayer"də - Rəsmi

"Atletiko"nun futbolçusu "Bayer"də -  Rəsmi

"Bayer" "Atletiko"nun müdafiəçisi Santyaqo Ariası transfer edib.

Qol.az Almaniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu Leverkuzen təmsilçisi ilə 1 illik icarə müqaviləsi imzalayıb. Müqavilədə "Bayer"in Ariası satın alma şərti də var.

Qeyd edək ki, Madrid klubu kolumbiyalı futbolçunu 2018-ci ilin yayında PSV-dən 11 milyon avroya transfer edib.

Mənbə: www.qol.az