Arvadı məşhur futbolçunun qətlini sifariş etdi - Prokuror 8 il həbs istəyir

Türkiyəli sabiq futbolçunun həyat yoldaşı killərə onu öldürmək üçün 1milyon dollardan artıq pul təklif edib.

Unikal.org “Hurriyet”ə istinadla xəbər verir ki, Yağmur Aşik “Qalatasaray”, “Fənərbaxça” və “Beşiktaş” klublarında oynamış məşhur idmançı Əmrə Aşiki öldürmək qərarına gəlib.

O, ərini öldürməyi əvvəlcə sevgilisi Erdi Sunqura tapşırıb, lakin rədd cavabı alıb. Onun ifadəsinə görə, Yağmur ərinin sərvətini ələ keçirmək istəyirdi. Sunqur bu məqsədlə üç nəfərin qətlinə görə həbsxanada cəza çəkən adam tapıb. Yağmur ərinin qətlinə görə killerə 10 milyon türk lirəsi (1,3 milyon dollar) təklif edib, ona tapança verib və hətta öldürdükdən sonra sabiq futbolçunu dəfn etmək üçün “etibarlı yer” tapıb.

Lakin son anda killer plandan imtina edib və futbolçuya hər şeyi danışıb.

Yağmur və sevgilisi qətlə cəhddə ittiham olunurlar. Prokurorun 8 il həbs cəzası istədiyi bildirilir.

Qeyd edək ki, Əmrə və Yağmur 2012-ci ildə Fransada ailə qurublar. Cütlük hələ də boşanmayıb, onların 3 övladı var.

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Abunəsiz “Microsoft Office” paketi gələn il əlçatan olacaq

SONRAKI XƏBƏR

Ziyafət Əsgərov: Ermənistan təxribatçı əməlləri ilə regionu ciddi təhlükə qarşısında qoyur