Azərbaycanda ilk dəfə: Məşqçi döyüş zamanı təlimatlarını “Skype”la çatdıracaq

Azərbaycanda ilk dəfə: Məşqçi döyüş zamanı təlimatlarını “Skype”la çatdıracaq

Bu gün azərbaycanlı MMA idmançısı Nəriman Abbasov “Fight Nights Global” turnirində döyüş zamanı məşqçisindən təlimatları “Skype” vasitəsilə alacaq.

Bu barədə Oxu.Az-a onun şəxsi məşqçisi, “TT Fight” döyüş klubunun baş məşqçisi Şəhriyar Abbasov deyib.

“Pandemiya ilə əlaqədar mən Moskvaya gedə bilmədim. Nərimanın Qazaxıstan vətəndaşlığı var. O, Rusiyaya Qazaxıstandan gedib. Amma Azərbaycan vətəndaşları Rusiyaya buraxılmır.

Çalışacağıq ki, “Skype” vasitəsilə idarə edək. Orada başqa yoldaşlar olacaq. Mən təlimatlarımı verəcəyəm, onlar da Nərimana bunu çatdıracaqlar. Bu da bizim ilk onlayn döyüşümüz olacaq”.

Qeyd edək ki, Nəriman Abbasov rusiyalı Mixail Qoqitidze ilə ötən il qazandığı kəməri qorumaq üçün döyüşəcək. Döyüş bu gün saat 21:30-dan etibarən “İdman TV” vasitəsilə canlı göstəriləcək.

Səbuhi Musayev

Mənbə: www.oxu.az