"Neftçi"nin yeni transferi milliyə çağırıldı

"Neftçi"nin yeni transferi Prins İbara Konqo millisinə dəvət alıb.

Qol.az xəbər verir ki, 24 yaşlı hücumçu oktyabrda Qambiya yığması ilə yoldaşlıq oyunu üçün milliyə çağırılıb.

Yığmanın baş məşqçisi Valdo Filo Portuqaliyada təşkil olunacaq matç üçün ümumlikdə 21 futbolçuya dəvət göndərib.

Qeyd edək ki, müqavilə ilə Belçikanın "Birşot” klubuna məxsus İbara mövsümün sonunadək "Neftçi"də icarə əsasında çıxış edəcək.

 

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Moderator.az yazdı, Milli Qəhraman övladının mənzil problemi həll olundu

SONRAKI XƏBƏR

Toylarla bağlı daha bir açıqlama - RƏSMİ