"Roma" - Qarabağ" matçını idarə edən hakim yenidən Ağdam klubunun oyununda - ARAŞDIRMA

"Roma" - Qarabağ" matçını idarə edən hakim yenidən Ağdam klubunun oyununda - ARAŞDIRMA

Xəbər verdiyimiz kimi, Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək "Legiya" (Polşa) - "Qarabağ" matçının hakim təyinatları açıqlanıb. Matçı Almaniyadan olan hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Tobias Stieler olacaq. Ona Kristian Qittelmann və Rafael Foltin kömək edəcək. Dördüncü hakim funksiyasını Daniel Şlager yerinə yetirəcək.

Cebhe.info-nun araşdırmasına görə, Tobias Stieler 2014-cü ildən etibarən, baş hakim vəzifəsini icra edir. O, indiyədək 40 beynəlxalq oyunu idarə edib. Referi ümumilikdə 13 olmaqla, 8 dəfə meydan, 3 dəfə qonaq komandanın qapısına penalti təyin edib. Ümumilikdə 174 olmaqla, 77 dəfə meydan, 97 dəfə qonaq komandanın futbolçuları üçün sarı vərəqə göstərib. 6 dəfə qırmızı kart üçün əlini cibinə atıb ki, bunlardan da 2-i meydan, 4-ü qonaq komandaya verilib.

Tobias Stieler Ağdam klubu üçün yad sima deyil. O, 2017/2018-ci il mövsümündə Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Roma" - "Qarabağ" matçını idarə edib. "Qarabağ"ın 1:0 hesabı ilə uduzduğu oyunda 5 sarı vərəqə göstərilib. Bunlardan biri 1-i İtaliya klubunun futbolçusuna, 4-ü isə "Qarabağ"ın futbolçularına verilib.

Qeyd edək ki, qarşılaşma oktyabrın 1-i Polşanın paytaxtı Varşavada keçiriləcək oyuna Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.

Naibə
Cebhe.info

 

Mənbə: cebhe.info